Bakıda 5 maşın toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Bakıda 5 maşın toqquşub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 18 fevral 2015 00:15 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisəni "Mercedes" markalı minik avtomobili törədib. Şərifzadə küçəsi ilə sürətlə hərəkətdə olan minik maşını idarəetmənin itirilməsi nəticəsində yolun kınarında dayanan 4 avtomobilə çırpılıb. Nəticədə "Mercedes"in Elxan adlı sürücüsü hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişinlər - Şərəf Məlikov, Tahir Salayev və soyadı hələ dəqiqləşdirilməmiş Xalid adlı şəxs xəsarət alıb. Yaralılar Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

***** 01.42

Bakı. Mahir Məmmədli-APA. Bakıda ağır yol qəzası baş verib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Şərifzadə küçəsində, "Yasamal bazarı"nın qarşısında qeydə alınıb.

Qəza zamanı iki "Mercedes", iki "Opel" markalı avtomobillər və yük maşını toqquşub. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölən və yaralananların adları dəqiqləşdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR