Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 9% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 9% artıb
# 19 noyabr 2012 14:34 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi ötən ilin analoji dövrünə nisbətən 9,4% artaraq 14 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə pullu xidmətlərin həcmi 7,7% çoxalaraq 4,6 mlrd. manat təşkil edib.

Realizə olunmuş əmtəənin 55,8%-ni ərzaq məhsulları, 44,2%-ni isə qeyri-ərzaq malları təşkil edib və onların satışı müvafiq olaraq 1,9% və 20,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR