Gəncədə yolu keçmək istəyən qadını avtomobil vurub

Gəncədə yolu keçmək istəyən qadını avtomobil vurub
# 25 mart 2013 17:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Nizami küçəsində baş verib. “Mercedes” markalı avtomobili idarə edən 1989-cu il təvəllüdlü Tamil Həsənov yolu keçmək istəyən 42 yaşlı Vüsalə Qafarovanı vurub. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR