Akademik Milli Dram Teatrının yeni veb-saytı təqdim olunub

Akademik Milli Dram Teatrının yeni veb-saytı təqdim olunub
# 17 dekabr 2012 21:32 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytı – azdrama.az istifadəçilərə təqdim olunub.

APA-nın məlumatına görə, teatrın saytı 2007-ci ilin iyun ayından etibarən fəaliyyət göstərirdi. Amma onun dizaynı və məzmunu qənaətbəxş səviyyədə olmadığından yeni veb-saytın yaradılması zərurəti yaranıb. Yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənəcək. Yeni təqdimatda, yeni dizaynda istifadəçilərin ixtiyarına verilən veb-sayt saytın strukturu, məzmunu, və keyfiyyəti prinsipial şəkildə dəyişdirilib. Saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdirilib. Saytda həmçinin video və foto albom, kollektivin iştirak etdiyi festivallar və qastrol səfərləri haqqında ətraflı məlumatlar da yerləşdirilib.

Təqdimatda teatrın direktoru İsrafil İsrafilov və truppa müdiri Elnur Məmmədov çıxış edib. Saytın müxtəlif bölmələri qonaqlara təqdim olunub, müxtəlif təkliflər səslənib. Teatrın direktoru İsrafil İsrafilov vurğulayıb ki, teatrın saytı daim yenilənəcək, təkmilləşdiriləcək və meydana çıxan problemlər aradan qaldırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR