Gürcüstan ordusunun təlim poliqonunda baş verən partlayış nəticəsində azərbaycanlı əsgər həlak olub

Gürcüstan ordusunun təlim poliqonunda baş verən partlayış nəticəsində azərbaycanlı əsgər həlak olub
# 23 noyabr 2012 16:26 (UTC +04:00)

APA-nın “Qruziya Online” xəbər saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Müdafiə Nazirliyi ölən əsgərin Məmməd Quliyev adlı sıravi olduğunu açıqlayıb. Açıqlamada deyilir:

“Bu gün Krtsanisi Təlim Mərkəzində bədbəxt hadisə baş verib. Öz xidməti vəzifəsini yerinə yetirərkən sıravi Məmməd Quliyev həlak olub. Saat 12.00 radələrində M. Quliyev poliqonda dolaşarkən hərbi sursat aşkarlayıb. İlkin məlumatlara görə, o, özbaşına mərmini sökərək yerbəyer etmək istəyib və ehtiyatsızlıq üzündən partlayış baş verib. M. Quliyev hadisə yerində keçinib. Olay yerinə Silahlı Qüvvələrin rəhbərliyi və kriminalist ekspertlər gedib”.

M. Quliyevin dəqiq ölüm səbəbini istintaq müəyyən edəcək. O, Gürcüstan ordusunda 3 ay xidmət keçib. Gürcüstan Müdafiə Nazirliyi faktla əlaqədar əsgərin ailəsinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR