Azərbaycan sənayeçilərinin əmək haqları artıb

Azərbaycan sənayeçilərinin əmək haqları artıb
# 22 yanvar 2015 09:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın sənaye sahələrində çalışan muzdlu işçilərin sayı əvvəlki illə müqayisədə 0,4% artaraq 183,4 min nəfər təşkil edib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, onların orta aylıq əmək haqqı isə 9,9% artaraq 709,5 manata çatıb.

İşçilərin 36,5 mini mədənçıxarma, 91,9 mini emal, 29,4 mini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 25,6 min nəfəri isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində cəmləşib.

Əmək haqlarının daha yüksək artımı emal bölməsinin rezin və plastmas məmulatların, poliqrafiya fəaliyyəti, içki, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, qida məhsullarının, maşın və avadanlıqların quraşdırılması və təmiri, sair nəqliyyat vasitələrinin, kağız və karton istehsalı, hazır metal məmulatlarının, tütün məhsullarının, geyim, toxuculuq sənayesi, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı müəssisələrində müşahidə olunub.

Qeyri-dövlət sənaye müəssisələrində işçilərin orta aylıq əmək haqqı 14,9% artaraq

861,0 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR