Gürcüstan və Ermənistan ərazilərindən axıdılan çirkab sularının təsirindən Kürdə biogen maddələrin miqdarı artıb
15 oktyabr 2012 08:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqlərin nəticələrini açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, oktyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının III ongünlüyünə nisbətən 23.6 kubmetr/saniyə artaraq 104 kubmetr/saniyə təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində fenollar və mis birləşmələri 3, Ağstafaçayda fenollar 3, mis birləşmələri 4, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri bu həddən 4 dəfə çox olub.
Monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələr 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələr 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçib.
Sosial
DİN-dən XƏBƏRDARLIQ: Sosial şəbəkələrdə yalan vədlər tüğyan edir - VİDEO
21:45
11 may 2024
NİİM Zığ şosesində aparılan təmirlə bağlı müraciət edib
19:56
11 may 2024
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib
19:40
11 may 2024
RSXM: Lənkəranda əsas təkandan sonra ərazidə bir neçə xırda afterşok qeydə alınıb
19:10
11 may 2024