Konfrans Liqasının final matçının stadionu dəyişdirilə bilər

Konfrans Liqasının final matçının stadionu dəyişdirilə bilər
# 11 may 2024 16:29 (UTC +04:00)

UEFA Konfrans Liqasında final qarşılaşmasının keçiriləcəyi stadion dəyişdirilə bilər.

Apasport.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinadakı "Ayasofya" arenasında keçiriməsi planlaşdırılan final görüşünün təhlükəsizlik tədbirləri səbəbindən Macarıstanda oynanılması ehtimalı var.

Yerli hüquq-mühafizə orqanları ölkədə qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir. Bu səbəbdən matç Budapeştəki "Puşkaş Arena"da baş tuta bilər.

Qeyd edək ki, Konfrans Liqasının finalında "Olimpiakos" və "Fiorentina" kollektivləri üz-üzə gələcək. Matç mayın 29-u saat 23:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR