Bakıda polis əməkdaşının pulunu oğurlayan şəxs həbs edilib

Bakıda polis əməkdaşının pulunu oğurlayan şəxs həbs edilib
# 06 mart 2012 09:23 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda polis əməkdaşının pulunu oğurlayan cibgir həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib. Hadisə martın 5-də 65 saylı xətt avtobusunda qeydə alınıb. Sumqayıt şəhər sakini Ələkbər Kazımov 27-ci Polis Bölməsinin əməkdaşı, polis kiçik serjantı Anar Babayevin cibindən 50 manat oğurlayarkən polis əməkdaşı tərəfindən yaxalanıb. Onda 0,243 qram narkotik vasitə olan heroin aşkar edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR