Azərbaycanla “Conoco Philips” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanla “Conoco Philips” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
# 19 oktyabr 2012 13:07 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da “Conoco Philips” şirkətinin prezidenti Ryan Lansın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-Economics”in məlumatına görə, “Conoco Philips” şirkətinin prezidenti Ryan Lans Azərbaycanda xarici investorlar üçün əlverişli mühitin yaradıldığını, enerji ilə bağlı əməkdaşlıq sahəsində ölkəmizdə şəffaflığın olduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycanın uzun illər dünyanın bir çox nüfuzlu enerji şirkətləri ilə uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycanla “Conoco Philips” şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR