Bakıda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib

Bakıda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib
# 03 sentyabr 2012 09:14 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 3-də saat 4 radələrində Babək prospektində Əhmədov Anar Hacıbala oğlu idarə etdiyi “Mercedess” markalı avtomobil yolun kənarındakı maneəyə vurub. Nəticədə sürücü və sərnişini bir nəfər naməlum qadın ölüb, digər sərnişini Məlikova Səbinə İlham qızı isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR