Bakıda ölümlə nəticələnən yol qəzası baş verib

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib
# 25 oktyabr 2012 09:21 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də saat 01.15 radələrində Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Akim Rəhmanov "Mercedes" markalı avtomaşını idarə edərkən 20-25 yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR