Azərbaycanın bölgə jurnalistlərinin Türkiyəyə səfəri başa çatıb

Azərbaycanın bölgə jurnalistlərinin Türkiyəyə səfəri başa çatıb
# 30 aprel 2012 08:53 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın bölgələrində fəaliyyət göstərən jurnalistlərin Türkiyəyə səfəri başa çatıb. APA-nın məlumatına görə Azərbaycan Mətbuat Şurasının və Türkiyə Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə layihəsi çərçivəsində aprelin 24-29-da reallaşdırılan bu səfərdə ölkənin 10 şəhər və rayonunda nəşr olunan yerli qəzetlərin baş redaktorları, dövlət qəzet və informasiya agentliklərinin bölgə müxbirləri təmsil olunub. Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin və “Dialoq Avrasiya” Platformasının Azərbaycandakı təmsilçisi Mustafa Saatçının rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda Heydər Əliyevin büstünü və Ankarada Mustafa Kamal Atatürkün məzarını və abidə kompleksini ziyarət ediblər. Sonra jurnalistləri Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nejdet Ünüvar qəbul edib, KİV nümayəndələri Türkiyə Baş Nazirliyi yanında Mətbuat və İnformasiya İdarəsində olublar. Jurnalistlər Türkiyə Baş Nazirliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) baş ofisində, eləcə də gündəlik bir milyon tirajla dərc edilən “Zaman” qəzetinin Konya şəhərindəki regional təmsilçiliyində və İstanbuldakı baş ofisində, eləcə də “KonTv”də, “Yeni Konya” qəzetində görüşlər keçiriblər. Jurnalistlər böyük mütəfəkkir Mövlanə Cəlaləddin Ruminin dəfn olunduğu Konya şəhərindəki abidə kompleksini ziyarət edib, onun adını daşıyan universitetlə tanış olublar.
Bölgə jurnalistləri İstanbulda fəaliyyət göstərən “Kanal Türk” Televiziyasında və “Bu gün” qəzetində, “Cihan” xəbər agentliyinin baş ofisində, Türk Qəzetçilər və Yazarlar Birliyində olub, media qurumlarının fəaliyyəti, nailiyyətləri və iş prinsipləri ilə yaxından tanış olublar. Türk Dünyası Bələdiyyələr Birliyinin Azərbaycanın şəhər və rayonlarının bələdiyyə sədrləri üçün təşkil etdiyi mükafatlandırma mərasimində bölgə jurnalistlərinin iştirakı da təmin edilib. Sonra nümayəndə heyəti İstanbulun tarixi yerləri ilə tanış olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR