Astarada «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib

Astarada «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib
# 09 aprel 2012 12:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Astara rayonunda sahibkarlar üçün «Biznes-planların və investisiya layihələrinin hazırlanması» mövzusunda treninq keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, treninqdə biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, məhsul istehsalının, satışının və reklamın təşkili, maliyyə planının hazırlanması və s. barədə sahibkarlara ətraflı məlumatlar verilib.

Tədbir çərçivəsində həmçinin İqtisadi İnkişaf Nazirliyinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR