Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 1,0% enib

Dow Jones indeksi 0,8%, S&P 500 0,8%, Nasdaq 1,0% enib
# 24 aprel 2012 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,8% - 12 927 bəndədək, S&P 500 0,8% - 1 367 bəndədək, Nasdaq 1,0% - 2 971 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların dinamikasına investorlar arasında Avropada borc böhranın yenidən kəskinləşməsi barədə ehtimalları təsir edib.

Avropa fond bazarlarında aprelin 23-də FTSE 100 indeksi 1,9% - 5 666 bəndədək, Almaniya DAX-ı 3,4% - 6 523 bəndədək, Fransa CAC-40-ı 2,8% - 3 098 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 636,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3153 (-0,5%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR