«NBC Bank» səyahət krediti təklif edir

«NBC Bank» səyahət krediti təklif edir
# 21 may 2012 09:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «NBC Bank» ASC ölkə daxilində və xarici ölkələrə səyahət etmək istəyən şəxslərə səyahət krediti təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın filiallarına və ya rəsmi əməkdaşlıq etdiyi «Planet Travel», «A Travel», «Baku Tour», «Amor Travel», «Royal Travel», «Global Travel», «EuroAz Travel», «Ran Tur» və «Baku Travel» turizm şirkətlərinə müraciət etməklə 4 000 manatadək səyahət krediti almaq mümkündür.

Bankdan 2 000 manatı 24 ay müddətinə kredit götürən şəxslər ayda 112 manat, 4 000 manatı 24 ay müddətinə kredit götürən şəxslər isə ayda 224 manat ödəyəcəklər. Kreditin məbləği 1 000 manatdan çox olduqda, müştərilərə plastik kart hədiyyə olunur. Həmçinin təkrar müştərilərə daha sərfəli şərtlər təklif edilir. Krediti əldə etmək üçün şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb olunur.

Xatırladaq ki, «NBCBank» ASC 1992-ci ilin dekabrından «Ruzi» Kommersiya Bankı adı ilə fəaliyyətə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR