Bakıda orta məktəb direktorunun iş otağından oğurluğa cəhd edilib

Bakıda orta məktəb direktorunun iş otağından oğurluğa cəhd edilib
# 13 fevral 2012 09:30 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda orta məktəb direktorunun iş otağından oğurluğun qarşısı alınıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, fevralın 12-də Bakı şəhər sakinləri Kənan Cəfərov, Emil Qasımov və Natiq Bağırov Seyidzadə küçəsində yerləşən 9 saylı orta məktəbdən direktorun otağından qapını sındırma yolu ilə daxil olaraq oradan proektor, monitor, klaviatura, yaddaş qurğusu və modem oğurlamağa cəhd edərkən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının, Nəsimi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölməsinin və 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən tutulublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR