Gələn il mobil telefonlar bazarında smartfonların payı 50%-i keçəcək

Gələn il mobil telefonlar bazarında smartfonların payı 50%-i keçəcək
# 29 avqust 2012 12:51 (UTC +04:00)
Bakı – APA-Economics. Mobil telefonlar bazarında smartfonların payı 2013-cü ildə 50%-i keçəcək.

APA-Economics”in “All ThingsD”yə istinadən xəbərinə görə, analitiklər bu göstəriciyə 2015-ci ildə nail olunacağını proqnozlaşdırırdılar.

IHS şirkətinin araşdırmaları nəticəsində məlum olub ki, son 12 ayda smartfonların qiyməti ucuzlaşıb, model sırası genişlənib, Asiya-Salit okean regionunda, ABŞ və Avropada satışları artıb.

Proqnozlara əsasən, 2016-cı ildə smartfonlar mobil rabitə bazarının 2/3 hissəsini əhatə edəcək, adi mobil telefonların payı isə 28%-ə düşəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR