Almaniyalı nazir Yunanıstanı avrozonadan çıxmağa çağırıb

Almaniyalı nazir Yunanıstanı avrozonadan çıxmağa çağırıb
# 27 fevral 2012 07:09 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniyanın daxili işlər naziri Hans Peter Fridrix Yunanıstanı avrozonadan çıxmağa çağırıb. “APA-Economics”in xəbərinə görə, nazir bu barədə Almaniya mətbuatına müsahibəsində bildirib.

H.P.Fridrix qeyd edib ki, Yunanıstan avrozonanı tərk etsə, daha tez böhrandan çıxa və tərəqqi əldə edə bilər.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel dəfələrlə Yunanıstanın valyuta blokundan çıxmasına qarşı olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR