İrandan Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən dəstə üzvlərinin apellyasiya şikayəti təmin olunmayıb

İrandan Azərbaycana narkotik vasitə gətirməkdə təqsirləndirilən dəstə üzvlərinin apellyasiya şikayəti təmin olunmayıb
# 09 fevral 2012 13:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, prosesdə məhkəmə qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) 234-cü (əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhid Ağabalayev 12 il 6 ay, Rəxşan Bağırov 12 il, Anar Zəkiyev 10 il , İlyas Məmmədov 10 il, Ramin Ağabalayev 10 il, Şamama Bağırova 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirərkən saxlanılıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR