Joze Manuel Barrozo: “Rusiya ilə Ukrayna arasındakı qaz böhranı Türkiyənin əhəmiyyətini artırıb”

Joze Manuel Barrozo: “Rusiya ilə Ukrayna arasındakı qaz böhranı Türkiyənin əhəmiyyətini artırıb”
# 20 yanvar 2009 07:53 (UTC +04:00)
Brüssel – APA. ”Avropa Birliyi Türkiyəni öz sıralarına qəbul etmək üçün bu ölkə ilə danışıqları sürətləndirməlidir”. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədri Joze Manuel Barrozo Brüsseldə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra deyib. O bildirib ki, Rusiya ilə Ukrayna arasındakı qaz böhranı Avropa Birliyinin gələcək enerji tərəfdaşı kimi Türkiyənin rolunu artırıb. J. M. Barrozonun fikrincə, AB ölkələrinin vətəndaşları Türkiyə ilə enerji məsələlərində yaxşı əməkdaşlıqda maraqlı olmalıdır. R. T. Ərdoğan da Türkiyənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynamağa hazır olduğunu söyləyib. Bununla yanaşı o, qaz tranziti məsələsindən siyasi silah kimi istifadə etmək niyyətində olmadıqlarını vurğulayıb.
Qeyd edək ki, Avropa Birliyi Türkiyə ərazisindən keçəcək “Nabucco” qaz kəmərinin Rusiya qazından asılılığı azaldacağına ümid bəsləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR