Təhsil nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Başqırdıstanın Ufa şəhərində səfərdə olub

Təhsil nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Başqırdıstanın Ufa şəhərində səfərdə olub
# 22 may 2017 11:05 (UTC +04:00)

Təhsil nazirinin müavini Mətin Eynullayevin rəhbərliyi ilə 16 ali təhsil müəssisəsini təmsil edən nümayəndə heyəti Azərbaycan - Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının II Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyası Başqırdıstan Respublikasının Ufa şəhərində səfərdə olub. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, forumun açılış mərasimində təhsil nazirinin müavini Mətin Eynullayev, Başqırdıstanın baş nazirinin müavini Salavat Saqitov, habelə assosiasiyanın həmsədrləri olan Sumqayıt Dövlət Universiteti və Ufa Dövlət Neft Texniki Universitetinin rektorları çıxış ediblər.

Forum çərçivəsində assosiasiya çərçivəsində görülən işlər və əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan və Rusiya ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri imzalanıb, nümayəndə heyəti Başqırdıstanın ali təhsil müəssisələrinin imkanları ilə tanış olub.

Səfər zamanı təhsil nazirinin müavini Mətin Eynullayev Başqırdıstanın rəhbəri Rustem Xamitovla görüşüb. Görüşdə, həmçinin Başqırdıstanın baş nazirinin müavini Salavat Saqitov, təhsil naziri Gulnaz Şafikova iştirak edib. Görüşdə Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, ali təhsil müəsisələri arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub. Başqırdıstan tərəfi Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlarla yaxından tanış olmaq arzusunu ifadə edib.

Nümayəndə heyəti Başqırdıstanda təhsil azərbaycanlı tələbələrlə görüş keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR