Bakıda əvvəllər məhkum olunmuş şəxsdən 3 kiloqramdan çox narkotik götürülüb

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən 3 kiloqramdan çox narkotik götürülüb
# 28 sentyabr 2015 10:29 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Güləliyevdən 3 kiloqram 236 qram marixuana götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR