İmişlidə ev yanıb

İmişlidə ev yanıb
# 31 may 2016 14:05 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. İmişli rayonunda yanğın hadisəsi baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi günorta saatlarında Qızılkənd kənd sakini Hüseynov Heydər Yusif oğluna məxsus evdə baş verib.

Elektirk xəttində yaranan qısaqapanma yanğına səbəb alıb. Alov qısa müddətdə ümumi sahəsi 117 kvadratmetr olan 5 otaqlı evi bürüyüb.Yanğın nəticəsində evin dam örtüyü təmamilə yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin İmişli və Cəbrayıl rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR