Mərkəzi Bank növbəti depozit hərracında 50 mln. manat cəlb etmək niyyətindədir

Mərkəzi Bank növbəti depozit hərracında 50 mln. manat cəlb etmək niyyətindədir
# 04 iyul 2016 07:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə ikinci dəfə depozit hərracı keçirəcək.


"APA-Economics" xəbər verir ki, bu gün keçiriləcək dolayı depozit hərracında 50 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 1 ay təşkil edir.

"Bloomberg" ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 4,01%-6,99% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR