Azərbaycanda istehsal ediləcək zirehli transportyor “ADEX 2016” sərgisində nümayiş olunub

Azərbaycanda istehsal ediləcək zirehli transportyor “ADEX 2016” sərgisində nümayiş olunub
# 27 sentyabr 2016 17:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan-Kanada Birgə Müəssisəsi -AZCAN “ADEX 2016” beynəlxalq müdafiə sərgisində Azərbaycanda istehsal olunmaq və xaricdə satılmaq üçün yaradılmış flaqman tipli zirehli transportyoru (ZTR) təqdim edib.

APA-nın xəbərinə görə, AZCAN-ın baş direktoru Roman Şimonov bildirib ki, onların təqdim etdiyi flaqman tipli ZTR Azərbaycanda istehsal ediləcək və bütün dünyada satılacaq.

Qeyd edək ki, AZCAN təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR