Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yanğın törədiblər

Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yanğın törədiblər
# 28 sentyabr 2015 19:31 (UTC +04:00)

Qarabağ-APA. Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan, işğal altında olan ərazilərdə yanğın müşahidə olunur.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, alov işğal altında olan keçmiş Ağdərə rayonunun dağlıq hissəsində müşahidə olunur.

Axşam saatlarında başlayan yanğın, Ağdam və Tərtərin bütün cəbhəyanı yaşayış məntəqələrindən müşahidə olunur. Alovun miqyası get-gedə genişlənir. Yanğınlar hazırda davam edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR