Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçiriləcək
# 26 iyul 2016 15:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu mərhələdə aprelin 1-dən 28-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən 539 abituriyentin iştirakı nəzərdə tutulur.

Abituriyentlər “Qabiliyyət imtahanına buraxılış vərəqələri”ni 27 iyuldan etibarən çap edib, götürə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR