Ağcabədidə mağazadan oğurluq edən şəxslər tutulub

Ağcabədidə mağazadan oğurluq edən şəxslər tutulub
# 01 fevral 2016 14:13 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı - APA. Ağcabədidə oğurluq hadisəsi qeydə alınıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağcabədi şəhər sakini Hüseynzadə Elvin Şakir oğluna məxsus ərzaq dükanlarından birində baş verib.

1998-ci il təvəllüdlü rayon sakinləri Cəfərzadə Sabir Babək oğlu və onun dostu Mehdiyev Nicat Ələddin oğlu dükanın şüşəsini sındıraraq içəri daxil olublar. Onlar oradan 450 manatlıq ərzaq məhsulları oğurlayıblar.

Hər iki şəxs Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR