Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Qətldə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
# 22 yanvar 2016 08:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vahid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA - nın məlumatına görə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 28-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ötən il avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb.

Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR