Sabirabad sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılıb

Sabirabad sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılıb
# 08 sentyabr 2015 06:30 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu 2015-ci il sentyabrın 3-də Sabirabad rayonunda işgüzar forum keçirib.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış yaşıl marketin yaradılması;

- çörək, ketçup, mayonez və xardal sousu, pendir istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması;

- iri fermer, kiçik cins heyvandarlıq, intensiv bağçılıq (nar, xırnik) və tərəvəzçilik (lobya) təsərrüfatlarının yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR