SOCAR bu il 1,4 mlrd. manatlıq kredit cəlb edib

SOCAR bu il 1,4 mlrd. manatlıq kredit cəlb edib
# 07 iyul 2017 07:30 (UTC +04:00)

SOCAR-a daxil olan şirkətlərin bu il götürdükləri kreditin məbləği açıqlanıb.

"APA-Economics" SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, bu il SOCAR yerli və xarici banklardan 798 mln. manat (457 mln. dollar), 186 mln. manat (101 mln. avro) və 254 mln. manat (368 mln. lari) məbləğində yeni uzunmüddətli kreditlər alıb.


Bundan başqa, SOCAR yerli bankdan 140 mln. manat (82 mln. dollar) məbləğində qısamüddətli kredit əldə edib.

Beləliklə, SOCAR təkcə bu il ümumilikdə 1,378 mlrd. manat məbləğində kredit cəlb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR