"İrma" qasırğası 8 nəfərin ölümünə səbəb olub

"İrma" qasırğası 8 nəfərin ölümünə səbəb olub
# 07 sentyabr 2017 10:35 (UTC +04:00)

Karib adalarında qeydə alınan “İrma” qasırğası Fransa adalarında insan ölümünə səbəb olub.

APA-nın BBC.com-a istinadən verdiyi xəbərə görə, qasırğa nəticəsində Barbuda adasında 1, Barts və adalarında ən az 6, Barbados adasında isə 1 nəfər ölüb. Ölənlərin sayının artması gözlənilir.

Fransa Daxili işlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, təbii fəlakət nəticəsində 23 nəfər də xəsarət alıb.

Qeyd edək ki, “İrma” son 10 ilin ən güclü qasırğası sayılır.

ABŞ-ın Texas ştatında da dördüncü kateqoriyaya qədər güclənən “Harvi” qasırğası ciddi fəsadlar törədib. “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb. Təqribən 20 nəfərin itkin düşdüyü bildirilir. “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR