Prezident İlham Əliyev gənc istedadları xüsusi təqaüdə layiq görüb

Prezident İlham Əliyev gənc istedadları xüsusi təqaüdə layiq görüb
# 21 dekabr 2016 15:23 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli fərmanına uyğun olaraq, musiqi sahəsində xüsusi istedadı olan Behbudov Rəşid Ələddin oğlu və İsmayılova Nərminə Zahid qızının adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq, onlar xüsusi aylıq təqaüdə layiq görüləcəklər.

Hər iki gənc istedad Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR