Dünya birjalarında qızıl 2 dollaradək bahalaşıb

Dünya birjalarında qızıl 2 dollaradək bahalaşıb
# 21 may 2015 06:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,15% - 18 285,40 bəndədək, S&P 500 0,09% - 2 125,85 bəndədək azalıb, NASDAQ 0,03% - 5 071,74 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,17% - 7 007,26 bəndədək, Fransa CAC-40-ı 0,31% - 5 133,30 bəndədək bahalaşıb, Almaniya DAX-ı 0,04% - 11 848,47 bəndədək ucuzlaşıb.

Asiya fond bazarında Nikkei 225 indeksi 0,54% - 20 306,53 bəndədək, Shanghai 1,12% - 4 496,10 bəndədək artıb, Hang Seng 0,04% - 27 574,54 bəndədək azalıb.

COMEX-də sonuncu hərraclarda qızılın bir unsiyasının qiyməti 1,80 dollar artaraq 1 210,50 dollara, gümüş isə 0,07 dollar bahalaşaraq 17,18 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR