NATO Malayziya təyyarəsinin vurulmasında Rusiyanı günahkar bilib

NATO Malayziya təyyarəsinin vurulmasında Rusiyanı günahkar bilib
# 25 may 2018 14:28 (UTC +04:00)

NATO 2014-cü ildə Ukrayna səmasında Malayziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin vurulmasına görə Rusiyanı günahlandırıb.

APA-nın "TRT Haber”ə istinadən verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberq bu barədə yazılı açıqlama ilə çıxış edib.

C. Stoltenberq sərnişin təyyarəsinin vurulmasını qlobal faciə adlandıraraq Rusiyanı günahını boynuna almağa çağırıb. Baş katib məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Hadisədə vətəndaşlarını itirən Niderland və Avstraliya da olaya görə məsuliyyəti Rusiyanın boynuna qoyublar.

Kremlin sözçüsü Dmitri Peskov isə təyyarənin Rusiya ordusuna aid raket qurğusu ilə vurulmasına dair iddiaları rədd edib və Beynəlxalq İstintaq Qrupunun gəldiyi nəticələrə etibar etmədiklərini deyib.

Qeyd edək ki, 2014-cü ildə baş verəmiş hadisə zamanı 298 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR