Azərbaycan yığması Qazaxıstanla qarşılaşacaq

Azərbaycan yığması Qazaxıstanla qarşılaşacaq
# 24 aprel 2017 13:55 (UTC +04:00)

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması aprelin 25-dən 29-dək Monteneqronun Podqoritsa şəhərində təşkil olunacaq UEFA İnkişaf turnirində iştirak edəcək. Apasport.az saytının məlumatına görə, aprelin 25-də ilk oyununa çıxacaq millimiz Bosniya və Herseqovina ilə görüşəcək.

İki gün sonra Monteneqro ilə qarşəlaşacaq komandamız aprelin 29-da baş tutacaq son turda Qazaxıstanı sınağa çəkəcək.

Millimiz turnirə 20 futbolçu ilə yollanacaq. Monteneqroda yığmamızın şərəfini Əkbər Vəliyev, Sərcan Omarov, Miqdar Məmmədov (hamısı “İnter”), Ayxan Arazlı, Tural Bayramov, Zamiq Əliyev, Bilal Hüseynli, Nihad Quliyev (hamısı “Qarabağ”), Bədir Ziyadov (“Moskovskaya Zastava”, Rusiya), Nicat Musayev, Orxan Fərəcov, Vüsal Əsgərov, Mirəli Məmmədov (hamısı “Neftçi”), Hikmət Verdiyev, Ədilxan Qarəhmədov, Rəvan Mədətzadə, Xəyal Bədirov (hamısı “Vətən”), Xanlar Nəsibov, Pərviz Məmmədov, Hüseyn Əliyev (hamısı “Zirə”) qoruyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR