Azərbaycanın müdafiə naziri Türkiyə Jandarma Qüvvələrinin baş komandanını qəbul edib

Azərbaycanın müdafiə naziri Türkiyə Jandarma Qüvvələrinin baş komandanını qəbul edib
# 14 noyabr 2014 08:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Jandarma baş komandanı, ordu generalı Abdullah Atayı qəbul edib. APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z. Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim yüksələn xətt üzrə artdığını, strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri əsasında qurulduğunu və əlaqələrin davamlı olduğunu deyib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Ordu generalı Abdullah Atay da öz növbəsində səmimi qəbul üçün təşəkkürünü bildirərək, əlaqələrin qədim tarixi bazaya, mehriban dostluq, qardaşlıq münasibətlərinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Görüşdə Türkiyənin hərbi attaşesi Hasan Nevzat Taşdələr iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR