Rusiya XİN: Ukraynadakı münaqişənin həllinin Cenevrə formatını dəstəkləyirik

Rusiya XİN: Ukraynadakı münaqişənin həllinin Cenevrə formatını dəstəkləyirik
# 07 noyabr 2014 11:18 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Rusiya Ukraynadakı münaqişənin həllinin Cenevrə formatını dəstəkləyir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

O, rəsmi Kiyevin müzakirələrə hazır olmasının vacibliyini vurğulayıb.

“Biz bu problemə ciddi yanaşmaq istəyirik. Elə buna görə də nəticəsiz görüşlərin keçirilməsini dəstəkləmirik”, - deyə Karasin qeyd edib.

Xatırladaq ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı Minsk və Cenevrə formatı mövcuddur. Minsk formatı tanınmamış Donetsk və Luqansk respublikaları nümayəndələrinin müzakirələrdə iştirakını dəstəkləyir və ABŞ-ın iştirakını istisna edir. Cenevrə formatı isə “respublikalar”ı tərəf kimi tanınmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR