AMEA-nın gənc alimləri Avropanın elmi mərkəzlərinə göndəriləcək

AMEA-nın gənc alimləri Avropanın elmi mərkəzlərinə göndəriləcək
# 23 sentyabr 2014 16:46 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 17 gənc alim və mütəxəssisi doktorantura və elmi-tədqiqat işinə dair ixtisasartırma təhsili almaq üçün Avropanın elmi mərkəzlərinə göndəriləcək.

APA - nın məlumatına görə, AMEA prezidenti, akademik Akif Əlizadə bununla bağlı sərəncam imzalayıb.

Həmin gənclər AMEA Rəyasət Heyəti tərəfindən keçirilən müsabiqə yolu ilə müəyyənləşdirilib və onların xaricdə təhsilinin maliyyələşdirilməsi imkanları hazırda Təhsil Nazirliyi ilə müzakirə olunur. Təhsil müddəti akademiyanın razılığı əsasında və nazirliklə bağlanan müqaviləyə görə müəyyənləşdiriləcək.

Gənclər bir çox Avropa ölkələri, o cümlədən Rusiya və Türkiyənin tanınmış universitet, elmi tədqiqat mərkəzi, müəssisə və təşkilatlarını sərbəst şəkildə seçiblər.

Qeyd edek ki, gənclərin xaricə göndərilməsi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR