Novruz Məmmədov: “Prezidentlərin növbəti görüşünün gələn il BMT Baş Assambleyasının yubileyi zamanı keçiriləcəyi ehtimaldır”

Novruz Məmmədov: “Prezidentlərin növbəti görüşünün gələn il BMT Baş Assambleyasının yubileyi zamanı keçiriləcəyi ehtimaldır”
# 15 noyabr 2014 12:27 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilən son görüşündən sonra dövlət başçılarının gələn ilin sentyabrında - təxminən 1 il sonra görüşəcəyi ilə bağlı bəyanatına münasibət bildirib.

APA-nın məlumatına görə, N. Məmmədov deyib ki, gələn ilin BMT Baş Assambleyasının yubileyi keçiriləcək.

N. Məmmədov bildirib ki, həmsədrlərin Azərbaycan və Ermənistan prezidentlərin növbəti görüşünün BMT Baş Assambleyasının yubileyi zamanı keçiriləcəyi ilə bağlı bəyanatı ehtimaldır: “Yəqin, həmsədrlər düşünürlər ki, BMT Baş Assambleyasının yubiley ilidir, ora prezidentlərin hamısı gələcək, görüş keçirilə bilər. Lakin bunların hamısı hələlik ehtimaldır. Mən bunu nə bir plan, nə də konkret bir proqram hesab edirəm. Məsələnin digər maraqlı məqamı odur ki, hər hansı nəzərəçarpacaq irəliləyiş olmasa da, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ da, Rusiya da, Fransa da addım atdı, cəhd göstərdi ki, bir iş görsünlər. Lakin həmsədrlərin bu addımlarından sonra Ermənistan da təxribat xarakterli addımlar atdı ki, əsas da budur. Ermənistan əslində təxribat xarakterli addımı ilə 1 il üçün beynəlxalq aləmdə mövqe qazanmaq istəyir. Biz Ermənistanın təxribat xarakterli hərbi təlimləri ilə bağlı mövqeyimizi açıqlasaydıq, başlayacaqdılar ki, Azərbaycan danışıqları pozur. Əslində, danışıqları Ermənistan özü pozur. Ermənistan rəhbərliyinin fikri odur ki, münaqişənin həllini uzatsın. Ancaq bilməlidirlər ki, münaqişənin həllini nə qədər uzatsalar, dövlətlərinin, xalqlarının taleyini bir o qədər faciəyə aparacaqlar”.

N. Məmmədov deyib ki, dünya heç vaxt indiki qədər narahat, bu qədər çoxlu sayda münaqişə ocağı olmayıb: “Beynəlxalq hüquqa etinasız yanaşanda, vəziyyət belə olacaq. Buna da şərait yaradan, imkan verən dünyanın aparıcı dövlətləridir. Kiçik dövlətlərin beynəlxalq hüququ pozub belə addım atmağa cəsarətləri çatmaz. Kiçik dövlətlər belə hallarda obyekt, subyekt olurlar, üzərlərinə bununla bağlı böyük təzyiq düşür. Bu gün dünyada baş verən hadisələrin bu cür gərginləşməsinin səbəblərindən biri də beynəlxalq birliyin, BMT-dən tutmuş ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qədər hər kəsin ilk münaqişələrdən olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ədalətsiz mövqe tutmasıdır. Ədalətli mövqe tutub, Dağlıq Qarabağ münaqişəsini həll etsəydilər, o biri münaqişələr də yaranmaz, belə şəkil almazdı”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR