Ceyms Uorlik: “Həmsədrlər yaxın vaxtlarda bölgəyə səfəri etmək niyyətindədir”

Ceyms Uorlik: “Həmsədrlər yaxın vaxtlarda bölgəyə səfəri etmək niyyətindədir”
# 13 avqust 2014 07:45 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. “Həmsədrlər yaxın vaxtlarda bölgəyə səfəri etmək niyyətindədir, lakin səfərin tarixi hələ müəyyənləşdirilməyib”. Bu barədə APA-nın sorğusuna cavabında ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

“Prezidentlər payızda görüşərək münaqişənin sülh yolu ilə həllinə dair danışıqların irəliləməsi üçün Soçi müzakirələrini davam etdirə bilər. Həmsədrlər danışıqların irəliləməsi üçün əllərindən gələn dəstəyi verməyə hazırdır. Ermənistan və Azərbaycan xalqları da anlamalıdırlar ki, davam edən münaqişə onların dövlətlərinin maraqlarına cavab vermir. Ümid edirəm ki, insanlar səslərini ucaldaraq sülhə dəstək verəcəklər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR