Bakıda yataqxanada döşəmə uçub, bir nəfər xəsarət alıb - VİDEO

Bakıda yataqxanada döşəmə uçub, bir nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 18 noyabr 2014 06:52 (UTC +04:00)

Bakı – APA. Bakı Slavyan Universitetinin Binəqədi rayonu ərazisində yerləşən yataqxanasında uçqun olub.

APA-nın məlumatın görə, yataqxananın 4-cü mərtəbəsində döşəmənin uçması nəticəsində bir nəfər xəsarət alıb.

Dərnəgül qəsəbəsi Ağasadıq Gəraybəyli küçəsi 31 ünvanında yerləşən yataqxanada baş verən uçqun zamanı bir nəfər xəsarət alıb.

Təcili yardım maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan şəxsə ilkin yardım göstərildikdən sonra o, ambulator müalicə üçün evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR