BMT Təhlükəsizlik Şurası Suriyanın Hələb şəhərində dinc əhalinin təxliyyəsi ilə bağlı beynəlxalq monitorinqin keçirilməsinə və əhaliyə təxirəsalınmaz yardımın göstərilməsinə dair qətnamə qəbul edib.
APA-nın məlumatına görə, 2328 saylı qətnamə TŞ üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
Sənədin yekun variantı ötən gün Şuranın qapalı iclası çərçivəsində aparılan məsləhətləşmələr zamanı razılaşdırılıb.