Bakıda avtomobil yoldan çıxaraq tikinti materiallarına çırpılıb, üç nəfər xəsarət alıb

Bakıda avtomobil yoldan çıxaraq tikinti materiallarına çırpılıb, üç nəfər xəsarət alıb
# 02 oktyabr 2013 06:51 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus “Volkswagen” markalı minik avtomobili idarəetməni itirib və yoldan çıxaraq yolun kənarındakı tikinti materiallarına çırpılıb.

FHN-in hadisə yerinə cəlb olunmuş xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, sürücü və 2 sərnişin xəsarət alıb.

Qeyd olunan şəxslər hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR