FHN Bakıda yaşayış binasının liftində baş verən qəza ilə bağlı məlumat yayıb

FHN Bakıda yaşayış binasının liftində baş verən qəza ilə bağlı məlumat yayıb
# 20 iyun 2013 10:33 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində təmir işləri aparılan zaman bədbəxt hadisə baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 1973-cü il təvəllüdlü Elçin Vəhəd oğlu Əliyevin bədəninin bir hissəsi şaxta ilə liftin divarları arasında sıxılmış vəziyyətdə qalıb. E.Əliyev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. İlkin müəyinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR