Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb - FOTO

Deputat Novruz Aslanov seçiciləri ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 fevral 2014 07:23 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov İsmayıllı rayonunun Ruşan kəndində seçicilərini qəbul edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, görüş kənd orta məktəbinin binasında keçirilib. Deputatla görüşə 100-ə yaxın sakin gəlib. Kənd sakinlərinin qaldırdığı məsələ əsasən kəndin təbii qaz və işıq problemi ilə bağlı olub. Belə ki, kənd ərazisindən keçən işıq dirəklərinin köhnə olması sakinləri narahat edən məsələlərdən olub və bu səbəbindən onların yenisi ilə əvəzlənməsinə köməklik göstərilməsini millət vəkilindən xahiş ediblər. Eyni zamanda sakinlər bildiriblər ki, kənddə poçt və tibb işçiləri fəaliyyət göstərirlər, lakin onların fəaliyyəti üçün münasib bir bina yoxdur. Bu barədə millət vəkili müvafiq qurumlara müraciət edəcəyini bildirib.

Bir neçə məsələ ilə bağlı millət vəkili yerində əlaqədar qurumlarla əlaqə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR