Xaçmazda yaşayış evində yanğın olub, xəsarət alan var - VİDEO

Xaçmazda yaşayış evində yanğın olub, xəsarət alan var - <span style="color: red;">VİDEO
# 09 yanvar 2014 13:24 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonunda yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Həbiboba kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Məhərrəm Mirzəyevə məxsus yaşayış evində baş vermiş yanğın zamanı ev sahibinin oğlu, 1983-cü il təvəllüdlü Mirzəyev Ramil Məhərrəm oğlu 3-4 dərəcəli yanığ xəsarətləri alıb. R.Mirzəyev öncə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirib. Sonra o, paytaxtdakı tibb müəssisələrindən birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR