Müsavatın Binəqədi rayon təşkilatının özəyi Vurğun Əyyubun partiyadan əsassız çıxarılması barədə iddiaları rədd edib

Müsavatın Binəqədi rayon təşkilatının özəyi Vurğun Əyyubun partiyadan əsassız çıxarılması barədə iddiaları rədd edib
# 04 may 2015 10:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Vurğun Əyyub 7 ildir ki, özəyin iclasında iştirak etmir, üzvlük haqqı ödəmir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin sədri Sabit Hacıyev deyib.

S. Hacıyev bildirib ki, V. Əyyubun Müsavatdan çıxarılması barədə qərarın yanlışlığı barədə iddialar tam əsassızdır: “Bu informasiyanı yayan adamlar özləri həmin özəyin üzvüdürlər və onlar da iclaslara qatılmırlar. Dünənki iclasda 11 nəfər özək üzvündən 4 nəfəri iştirak edib. Qərarı üzvlərin 1/3-i verib. Bu da qərarın düzgün və heç bir pozuntu olmadan verilməsinə sübutdur”.

S. Hacıyev qeyd edib ki, sabah V. Əyyubun Müsavatdan kənarlaşdırılması ilə bağlı qərarın protokolunu təsdiqlənməsi üçün Binəqədi rayon təşkilatının Şurasına təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR