ETSN respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb

ETSN respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb
# 29 avqust 2014 14:48 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 20-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-30, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər çox olmaqla 90 m3/s və ongünlük normanın 74 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 2.1 m3/s olmaqla, ongünlük normanın 3 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici dəfələrlə çox olmaqla 77 m3/s təşkil edərək ongünlük normanın 112 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 4, Salyanda 2, Bankədə 1, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 10 sm artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR